Baş katib: "Çövkən üzrə Superkubok matçı digər oyunlardan daha ağır keçdi"

Baş katib: "Çövkən üzrə Superkubok matçı digər oyunlardan daha ağır keçdi"

Superkubok matçı digər oyunlardan daha ağır keçdi.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev çövkən üzrə Superkubok oyunu barədə danışarkən deyib.

ARAF rəsmisi "Sərhədçi" və "Elit" komandaları arasında keçirilmiş həlledici qarşılaşma haqqında danışıb:

"Azərbaycan milli idman mədəniyyətinin gözəl nümunəsi olan çövkən oyunu ilə bağlı bu cür əhəmiyyətli tədbirlər hər zaman maraqla izlənilir. Final matçı gərgin və maraqlı keçib, komandalar arasında rəqabət yüksək səviyyədə olub. Təbii ki, Superkubok oyunu digərlərindən daha ağır idi. Çünki onlar fərqli liqa və turnirin qalibləridir. Hər iki kollektiv ən yüksək səviyyədə müdafiə olundu və əks-hücumlara çıxdılar. Nəticədə "Elit"in müdafiəsində yaranan cüzi boşluqdan yararlanaraq "Sərhədçi" kollektivi 1:0 hesablı üstünlük əldə etdi və qalib gələrək Superkubokun sahibi oldu. Hər ikisi çox yaxşı oyun göstərdi. Əlbəttə, Superkubok uğrunda keçirilən çövkən yarışına vəsiqə qazanmaq elə böyük bir naliyyətdir. Buna görə də hər iki komandanı təbrik edirəm".

Baş katib klubların beynəlxalq oyunlara qatılmaq ehtimalı barədə də fikirlərini bölüşüb:

"Bu kollektivilərin beynəlxalq arenada iştirakı əhəmiyyətli bir addım olar. Lakin beynəlxalq yarışlarda hələlik yalnız Azərbaycan millisi iştirak edir".

Beynəlxalq Çövkən Federasiyasının (ICF) prezidenti olan Bəhruz Nəbiyev bu il ərzində çövkən üzrə ölkə daxilində beynəlxalq yarışların keçirilməsinin planlaşdırılmadığını söyləyib:

"Bu il Beynəlxalq Çövkən Federasiyasının kontinental oyunları keçiriləcək. Hanısı ki, bunlardan biri Avropa çempionatıdır. Çempionat sentyabr ayı üçün nəzərdə tutulub və dəqiq vaxt hələ ki müəyyənləşməyib. Nəzərinizə çatdırım ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə dünya çempionatları 2 ildən bir olmaqla cüt illərdə, kontinental çempionatlar isə tək illərdə baş tutur. Sonuncu assambleyada növbəti, yəni 2026-cı ildə keçiriləcək dünya çempionatının da Bakıda baş tutacağı ilə bağlı qərar qəbul edilib".

Qeyd edək ki, “Sərhədçi” Peşəkar Çövkən Liqasının, "Elit" isə Prezident Kubokunun qalibi kimi Superkubok matçında iştirak edib.

Komanda
Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında 2-ci tura yekun vurulub

Komanda
“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

“Murov” Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"