Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
Vətən müharibəsi şəhidi Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate (idman karatesi / WKF) turniri keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək tunirin açılış mərasimi yanvarın 28-də baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/veten-muharibesi-shehidinin-xatiresine-hesr-olunmush-karate-turniri-kechirilecek.webp












