Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb
FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, I kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/elchin-mesiyev-avropa-chempionatinin-final-merhelesine-teyinat-alib.webp