Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edilib

Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edilib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.

"Report" xəbər verir ki, bu barədə mütəxəssisin 85 illiyi münasibətilə keçirilən tədbirdə məlumat verilib.

Yığıncaqda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədyarov və digərləri iştirak ediblər. 

Mərasimdə yubilyarın adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.

Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara sertifikat təqdim edib.

Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu da təbrik edib.

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

Fərdi
Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Fərdi
Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycanlı güləşçi Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Fərdi
Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib