Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
“Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassi UEFA Çempionlar Liqasının həftənin oyunçusu adına layiq görülüb.
Apasport.az xəbər verir ki, qvineyalı futbolçu bu nailiyyəti turnirin 1/4 final mərhələsində “Barselona”ya qarşı keçirilən cavab oyunundakı parlaq çıxışı sayəsində qazanıb.
Dortmund təmsilçisinin 3:1 hesablı qələbə qazandığı matçda Qirassi het-triklə yadda qalıb.
Qeyd edək ki, bu ada namizədlər arasında “Arsenal”dan Deklan Rays, “İnter”dən Lautaro Martinez və PSJ-dən Osman Dembele də var idi.

https://mail.qalaba.az//uploads/photo/chempionlar-liqasinda-heftenin-oyunchusu-belli-oldu.webp