"Liverpul" addım-addım çempionluğa doğru
Futbol üzrə İngiltərə Premyer Liqasında çempionun adı bəlli olmaq üzrədir.
QELEBE.AZ xəbər verir ki, 33-cü turda lider "Liverpul" səfərdə "Lester Siti"nin qonağı olub.
Çempionluq yolunda kritik matçda səhv etməyən Mersisaydlılar səfərdən 3 xalla qayıtmağı bacarıb: 1:0.
Beləliklə, xallarının sayını 79-a yüksəldən "Liverpul" önümüzdəki həftə "Tottenhem"i məğlub edəcəyi təqdirdə çempionluğunu vaxtından tez rəsmiləşdirəcək.
"Lester Siti" isə bu məğlubiyyətlə 18 xalda, 19-cu pillədə qalıb və "Çempionşip"in qapısını ardına qədər açıb.

https://mail.qalaba.az//uploads/photo/quotliverpulquot-addim-addim-chempionluga-dogru.webp