Azərbaycan Basketbol Liqası: “Neftçi” və “Sabah” final seriyasında ikinci matça çıxacaq
Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün “Neftçi” və “Sabah” ikinci matça çıxacaq.
"QELEBE.AZ"un məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək görüş saat 14:00-da başlayacaq.
İlk matçda "Sabah" "Neftçi"ni 94:89 hesabı ilə məğlub edib.
Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq. Növbəti iki matçın 6 və 8 mayda təşkili planlaşdırılır.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-neftchi-ve-sabah-final-seriyasinda-ikinci-matcha-chixacaq.webp











