“Neftçi”nin basketbolçusu final seriyasında “Sabah”a məğlubiyyətlərin səbəblərini açıqlayıb

“Neftçi”nin basketbolçusu final seriyasında “Sabah”a məğlubiyyətlərin səbəblərini açıqlayıb

“Neftçi”nin kapitanı Amil Həmzəyev Azərbaycan Basketbol Liqasının final seriyasının ilk iki matçında “Sabah”a məğlubiyyətin səbəblərini açıqlayıb.

O, “Report”a açıqlamasında ilk oyundakı uğursuzluqları yorğunluq və transferlərin gec həyata keçirilməsi ilə əlaqələndirib.

Kapitan rəqibin daha təcrübəli olduğunu deyib:

“Hər iki oyunda eyni ssenari yaşandı. Düşünürəm ki, bu, transferlərin sonradan edilməsi, oyunların sonlarında yaranan yorğunluqla əlaqədardır. Mövqelərə tam uyğun olan oyunçular tapa bilmədik. Bu səbəbdən basketbolçular bacardıqlarından əlavə şeylər etməyə çalışırlar. Çünki təcrübəli və oynadıqları mövqelərə uyğun olan basketbolçulara malik rəqibi yalnız bu yolla üstələmək mümkündür. Rəqibin bəzi oyunçularını saxlaya bilmədik. Yorğunluqdan əlavə, meydanda 5 əcnəbi ilə oynadıq. Pley-off görüşlərindən əvvəl bir oyunçumuz komandadan ayrıldı”.

A.Həmzəyev final seriyasının üçüncü matçından əvvəl şansları dəyərləndirib:

“Məncə, bu, hər iki komanda üçün seriyanın ən vacib qarşılaşması olacaq. Oyunlar elə keçdi ki, hesab 2:0 bizim xeyrimizə də ola bilərdi. Düzdür, hazırda hər kəs “Sabah”ı favorit görür, çünki daha təcrübəli komandadır. Lakin oyunlar göstərdi ki, biz asan məğlub ediləcək kollektiv deyilik. Hər oyunda qalib gələ bilərik. Seriyada 0:3 geri düşsək, psixoloji cəhətdən də çox geriləyəcəyik. Ona görə də üçüncü oyunda qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Neftçi” final seriyasında rəqibinə 77:86 və 89:94 hesabı ilə uduzub. Komandalar arasında növbəti iki görüş sabah və mayın 8-də keçiriləcək. Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq.

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

Futbol
Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Futbol
Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli olub

Futbol
“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”

“Neftçi”nin baş məşqçisi: “Boqomolskiyə görə oyun sistemimizdə dəyişiklik etmişdik”