Emreliden het-trik - YENİLƏNİR

Emreliden het-trik - YENİLƏNİR

Almaniya II Bundesliqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də növbəti matçına çıxıb.

Komanda "Ayntraxt Braunşvayq"la qarşılaşır. 

Mahir görüşə start heyətdə başlayıb. O, 10, 20 və 45-ci dəqiqələrdə fərqlənərək komandasının heyətində het-trik etməyi bacarıb.

Qeyd edək ki, oyun "Nürnberq"in 4:0 hesablı üstünlüyü ilə davam edir.