Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı
Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir.
QELEBE.AZ xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb.
Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb.
Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.

https://mail.qalaba.az//uploads/photo/avarchekenlerimiz-bratislava-reqatasina-qizil-medalla-bashladi.webp