Levandovski Puşkaşın rekordunu qırıb
"Barselona"nın hücumçusu Robert Levandovski La Liqada bütün zamanların bombardiri olub.
QELEBE.AZ xəbər verir ki, polşalı çempionatın son turunda "Atletik Bilbao"nun qapısına 2 qol vurub.
Levandovskinin cari çempionat mövsümündə 27 qolu var. O, bu göstəriciyə çatan 36 və ya daha yuxarı yaşlı ilk oyunçu oldu.
36+ yaş kateqoriyasında futbolçular arasında əvvəlki rekordçu 26 dəfə fərqlənən (1963) Ferens Puşkaş olub.

https://mail.qalaba.az//uploads/photo/levandovski-pushkashin-rekordunu-qirib.webp