Dieqo Maradonanın ölüm işi yenidən açılacaq

Dieqo Maradonanın ölüm işi yenidən açılacaq

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölüm işinə baxan Buenos-Ayres məhkəməsi bir hakimin vəzifədən kənarlaşdırılmasından sonra proseslə bağlı əldə olunan irəliləyişi etibarsız hesab edib.

"Report" xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.

"Bütün tərəfləri dinlədikdən sonra məhkəmə prosesi etibarsız elan etmək qərarını elan edir", - məhkəmə sədri Maksimiliano Savarino bildirib.

Nəşr aydınlaşdırıb ki, yeni hakimlərlə məhkəmə prosesi başlanğıc nöqtəsinə qayıdacaq.

Qeyd edək ki, çərşənbə axşamı hakim Xuleta Makintaç prosesə sədrlik etməkdən uzaqlaşdırılıb. Prokurorluqdan bu barədə tələb onun sənədli film hazırlamaq üçün çəkiliş qrupunun iclasda iştirakına icazə verməsi ilə bağlı məlumatın ortaya çıxmasından sonra gəlib.

Maradonanın ölümü ilə bağlı dinləmələr mart ayında başlayıb. 2022-ci ilin iyununda Baş Prokurorluq səkkiz tibb işçisinə qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb. Onları səkkiz ildən 25 ilə qədər həbs gözləyir.

Prokurorların araşdırması əsas diqqəti futbolçunun 25 noyabr 2020-ci ildə vəfat etdiyi evdə müalicə zamanı baş verən hadisələrə yönəldib. O, başından əməliyyat olunduqdan sonra 11 noyabr 2020-ci ildən orada olub. Prokurorluğun Maradonanın evinə gələn insanlardan aldığı ifadəyə görə, onun qaldığı yer ağır əməliyyatdan sonra insana qulluq standartlarına cavab vermir.

Maradona 61 yaşında vəfat edib. Buna səbəb kəskin ürək çatışmazlığı olub.

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Riad Rəfiyev: "Neftçi"yə rəhbərlik etməyi düşünməmişəm"

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

“Olimpiakos” – “Qarabağ” matçından əvvəl bir dəqiqəlik sükut olacaq

Futbol
DÇ-2022: Seneqal Qətəri məğlub edib

DÇ-2022: Seneqal Qətəri məğlub edib

Futbol
"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

Futbol
FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

Futbol
Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Almaniya millisinin əsas qapıçısı ayağı sındığı üçün mövsümü başa vurub

Futbol
Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Futbol
Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"

Qurban Qurbanov: "Komandada bir az narahatlıq var idi"