FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub

FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub

Almaniyanın "Bavariya" və Braziliyanın "Flamenqo" klubları FIFA Klublararası Dünya Çempionatının pley-off mərhələsinin ilk iştirakçıları olub.

"QELEBE.AZ"un məlumatına görə, şənbə gecəsi "Bavariya" qrup mərhələsinin II turunda Argentinanın "Boka Xuniors" klubuna qalib gəlib - 2:1.

İki turdan sonra "Bavariya" 6 xalla C qrupunda turnir cədvəlinə başçılıq edir. Onları Portuqaliyanın "Benfika" (4), "Boka Xuniors" (1) və Yeni Zelandiyanın "Oklend Siti" (0) komandaları izləyir.

Növbəti turda "Bavariya" - "Benfika", "Boka Xuniors" - "Oklend Siti" qarşılaşmaları baş tutacaq. Görüşlər iyunun 24-də keçiriləcək.

Oyun gününün digər matçında Tunis təmsilçisi “Esperans” ABŞ-nin “Los-Anceles” klubuna qalib gəlib - 1:0. Bu nəticə sayəsində "Flamenqo" (iki matçda 6 xal) pley-offa vəsiqəni təmin edib. Çünki hərəyə 3 xalı olan "Esperans" və İngiltərənin "Çelsi" klubu qrup mərhələsinin son turunda üz-üzə gələcək. Oyun iyunun 25-də baş tutacaq.

Paralel matçda "Los-Anceles" "Flamenqo" ilə qarşılaşacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı ABŞ-də keçirilir. Yarışda ilk dəfə səkkiz qrupa bölünən 32 komanda iştirak edir. Hər "kvartet"də iki ən yaxşı komanda 1/8 finala yüksələcək. Final qarşılaşması iyulun 13-də baş tutacaq.

Futbol
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Futbol
FİFA Mahir Emrelini diskvalifikasiya edib

FİFA Mahir Emrelini diskvalifikasiya edib

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

İbrahima Vadji "Qarabağ"la və azarkeşlərlə vidalaşıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

Futbol
Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edə bilməyib

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb