Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Azərbaycan Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə təmsil olunacaq.

"QELEBE.AZ" xəbər verir ki, yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Oğlanların mübarizəsinə Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Abdullah Rəhmətov (81 kq), Səid Hüseynov (90 kq) və Tunar Fərzəliyev (+90 kq) qatılacaqlar.

Qızların yarışında isə Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova (44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Akif Tahirov ədaləti qoruyacaq.

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Fərdi
Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki boksçusu Qazaxıstandakı turnirdə bürünc medal qazanıb

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Fərdi
Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"