Azərbaycanın Avropa çempionu: "Finalda rusiyalı rəqibimə qalib gəldim"   

Azərbaycanın Avropa çempionu: "Finalda rusiyalı rəqibimə qalib gəldim"   

Finalda rusiyalı rəqibimə qalib gəlib Avropa çempionu oldum.

“QELEBE.AZ” xəbər verir ki, bunu İtaliyada keçirilən yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatının qalibi Ömər Salmanov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, çempionat gərgin keçib:

“Yarış çox gərgin idi, amma biz çempionata yaxşı hazırlaşmışdıq. Üç təlim-məşq toplantısı keçdik. Şükür Allaha ki, çempion oldum”.

Ö.Salmanov qələbəsini məşqçilərinə və atasına həsr edib:

“İlk rəqibim türkiyəli idmançı idi, 8:0 qalib gəlib 1/4 finala yüksəldim. Sonra latviyalı rəqibimi üstələyərək yarımfinala yüksəldim. Yarımfinalda isə Belarus təmsilçisini 10:1 hesabı ilə məğlub edərək finala çıxdım. Finaldakı rəqibim rusiyalı güləşçi idi. Ona da 7:5 qalib gəlib Avropa çempionu oldum".

Xatırladaq ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan yığması 131 xalla birinci yeri tutub. Ermənistan (125 xal) ikinci, Gürcüstan (99 xal) isə üçüncü olub. Millinin heyətində Ömər Salmanov (44 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Hüseyn Əmrahlı (38 kq) və Ruslan Nuriyev (75 kq) gümüş medala sahib çıxıblar. Xudayar Kərimli (38 kq), Hüseyn Mustafazadə (52 kq) və Nadir Həsənov (62 kq) isə bürünc medalı boynundan asıb.

Komanda 3-cü dəfə Avropa çempionu olub. Yunan-Roma güləşi millisi 2022 və 2024-cü illərdə də eyni uğura imza atıb.

Fərdi
Dünya rekordçusu karyerasını bərpa edir

Dünya rekordçusu karyerasını bərpa edir

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Fərdi
Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Para-pauerliftinq üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Azərbaycan yığması Naim Süleymanoğlunun xatirəsinə həsr olunan yarışa qatılacaq

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb