Markinyos "Qarabağ"ın diqqət mərkəzində - EKSKLÜZİV
“Qarabağ” transfer çalışmalarını davam etdirir.
QELEBE.AZ saytına verilən məlumata görə, Ağdam klubunun transfer siyahısında yer alan futbolçulardan biri də Markinyosdur.
Azərbaycan çempionu APOEL-in formasını geyinən braziliyalı üçün danışıqlar aparır.
“Qarabağ” futbolçunu transfer etmək çətin olsa, onu icarəyə götürməyi nəzərdən keçirəcək.
Qeyd edək ki, APOEL-in Markinyosla müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir. Vinger karyerası ərzində “Korintians”, “Banqu”, “Braqantino”, “Ponte Preta”, “Sport Resife” və “Kuyaba” (hamısı Braziliya) klublarında çıxış edib.

https://mail.qalaba.az//uploads/photo/markinyos-quotqarabagquotin-diqqet-merkezinde-ekskluziv.webp