Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmisi: “Superliqanın təşkilatçılığı gözləniləndən də uğurlu alındı”

Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəsmisi: “Superliqanın təşkilatçılığı gözləniləndən də uğurlu alındı”

Çimərlik futbolu üzrə Azərbaycan Superliqası təşkilatçılıq baxımından gözləniləndən uğurlu alınıb.

Bunu “QELEBE.AZ”a açıqlamasında Çimərlik Futbolu Federasiyasının meneceri Rüfət Həsənov deyib.

O, yarışa kifayət qədər tamaşaçı marağı olduğunu bildirib:

“Təşkilatçılıq gözlədiyimizdən də uğurlu alındı. Tamaşaçıların da marağı yüksək idi. Oyunların internet üzərindən canlı yayımını təşkil etdik. Matçları canlı yayımda böyük kütlə izləyirdi”.

Qurum rəsmisi turnirdə çıxış edən bəzi futbolçuların milliyə dəvət alacağını söyləyib:

“Ölkə çempionatında heyəti I Liqa, minifutbol və AFFA Region Liqasında iştirak edən futbolçulardan qurulmuş 6 komanda mübarizə apardı. Demək olar bütün komandaların heyətində çimərlik futbolu millisində oynamış və yaxud təlim-məşq toplanışlarına cəlb olunmuş oyunçular var idi. Əsas mübarizə VTB və “Marafon” komandaları arasında getdi. Çempion sonuncu turda məlum oldu. VTB 7:4 hesabı ilə rəqibinə qalib gəldi. “Çinar Zəngilan” isə üçüncü yeri tutdu. Bəzi yeni futbolçular da meydanda göründülər. Onlar bundan sonra millinin təlim-məşq toplanışlarına cəlb ediləcəklər”.

O, ölkə çempionunun və ikinci yerin sahibinin avrokuboklarda mübarizə aparacğını xatırladıb:

“Ölkə çempionu Azərbaycanı Avropa ölkələrinin çimərlik futbolu üzrə çempionatlarının qaliblərinin mübarizə aparacağı “Euro Winners Cup”da təmsil edəcək. “Marafon” isə bu yarışın pley-off mərhələsi sayılan “Challenge Cup”a vəsiqə qazanıb”.

Qeyd edək ki, Superliqanın son turunda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan “VTB Bank” ölkə çempionu olub. “Marafon” yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” isə bürünc mükafat əldə edib.

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

La Liqa matçları bir dəqiqəlik sükutla başlayacaq

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Tərlan Əhmədov: "İstərdik ki, "Kəpəz" öz meydanında oynasın"

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub

Futbol
Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

"Qarabağ" Ukrayna millisinin hücumçusu ilə maraqlanır

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub