“Şamaxı” “Kəpəz”i darmadağın edib
"Şamaxı" və "Kəpəz" yoxlama matçında qüvvəsini sınayıb.
QELEBE.AZ xəbər verir ki, oyun Qəbələ şəhər stadionunda keçirilib.
Ayxan Abbasovun komandasının üstünlüyü ilə keçən qarşılaşma məhsuldar alınıb. "Şamaxı" 6:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bir neçə gün əvvəl "Şamaxı" "Karvan"a 2:1 hesabı ilə qalib gəlib, "Kəpəz" isə "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.

https://mail.qalaba.az//uploads/photo/shamaxi-kepezi-darmadagin-edib.webp