“Sumqayıt” yeni transferinin müqavilə detallarını açıqladı

“Sumqayıt” yeni transferinin müqavilə detallarını açıqladı

Daha əvvəl xəbər verdiyimiz kimi, “Sumqayıt” sabiq yarımmüdafiəçisi Masaki Muratanı heyətinə qaytarıb.

QELEBE.AZ xəbər verir ki, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirən futbolçu ilə 2 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Murata "Sumqayıt"ın heyətində 71 nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.