Fernandu Santuş: “Uduzmamağa çalışacağıq”

Fernandu Santuş: “Uduzmamağa çalışacağıq”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz səfərdə İslandiya ilə qarşılaşacaq.

Apasportun Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb: 

"Hər oyun çətindi. Bu ilk oyundu. Hər iki komanda sabahkı görüş üçün çox həvəslidi. Hamı istəyir yaxşı start götürsün. Səfərdə oynayacağıq. Yerli komandaya uduzmamağa çalışacağıq. Rəqibi yetərincə təhlil etmişik. Çox yaxşı təşkil olunan komandadır. İnamlı çıxışları ilə yadda qalırlar. Topa sahib olmağa üstünlük verirlər. Bu müddətdə futbolçularıma kifayət qədər məlumat vermişəm. Onların baş məşqçisi yenidir. Sabah bizi çətin oyun gözləyir. Həm rəqib, həm də biz qalib olmaq üçün meydana çıxacağıq.

- 2016-cı ildə Portuqaliya millisinin baş məşqçi olduğunuz zaman Avropa çempionatında rəqibiniz məhz İslandiya idi. Siz həmin vaxt bu komandanı məğlub edə bilməmişdiniz. Sizcə sabah İslandiyaya qalib gələ biləcəksiniz? 
- Əvvəlki İslandiya güclü idi, yaxşı oyunçuları var idi. Demək olar ki, təslim olmurlar. İslandiya millisi heç də zəif rəqib deyil. Azarkeşlərin dəstəyini hər zaman yetərincə hiss edirlər. İslandiyanın indiki oyunçularına baxsaq, hamısı legioner həyatı yaşayır. Avropada çıxış edirlər. Yerli çempionatda oynayan futbolçuları yoxdur. Sabah var gücümüzü ortaya qoyacağıq.

- Havanın soyuqluğu, 4 saatlıq saat fərqi sabahkı oyunə nə qədər təsir edəcək və kapitan sarğısı kimdə olacaq? 
- Futbolçularımın adaptasiya olması üçün bura tez gəlmişik. Belə uzun səyahətlərdən sonra 1 gün vaxt lazımdır ki, özünə gəlsin, bərpa olsun. Artıq bir neçə gün keçib. Bu gün gördüm ki, bərpa prosesi yaxşı vəziyyətdədir. Hələ bir günümüz daha var. Yağışdan sonra meydançanın necə olacağını bilmirəm. Sabahkı oyunda kapitan Emin olacaq.

- Qarşıdakı 2 seçmə matçında hansı nəticələri qənaətbəxş hesab edəcəksiniz? 
- Əlbəttə ki, 2 oyunda da qələbə gözləyirik. Komanda olaraq qarşımıza bunu hədəf qoymuşuq. Danışmaqla deyil, çalışacağıq ki, meydanda oyunumuzla bunu sübut edək. Azərbaycan xalqını sevindirmək istəyirik. Futbolçularım çox çalışıblar. Zərrə şübhəm yoxdur ki, əllərindən gələni edəcəklər.

- Son rəsmi matçda 0:6 hesabı ilə məğlub olmuşduq. Mental olaraq komanda hansı vəziyyətdədir. Oyunçulara bunu unutmaq üçün nəyi tapşırmısız?