Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
Bu gün qadın voleybolçular arasında 2025-2026-cı illər mövsümündə Yüksək Liqada ilk qarşılaşma keçirilib.
QELEBE.AZ xəbər verir ki, çempionatın açılış oyunu “Gəncə” və “Azerreyl” komandaları arasında baş tutub.
Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. “Azerreyl” komandası oyunu 3:2 hesabı ilə qalib başa vurub.
Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında baş tutacaq.
Yüksək Liqa
I tur
14 oktyabr
“Gəncə” - “Azerreyl” 2:3 (18:25, 25:15, 22:25, 25:21, 10:15)

https://mail.qalaba.az//uploads/photo/qadin-voleybolchular-arasinda-yuksek-liqaya-start-verilib-foto.webp