Fransalı hücumçu: “Transferim “Kəpəz”ə əlavə güc qatacaq”

Fransalı hücumçu: “Transferim “Kəpəz”ə əlavə güc qatacaq”

“İnanıram ki, transferim “Kəpəz”ə əlavə güc qatacaq. Komandaya qələbələr qazandırmaq üçün gəlmişəm”.

“Report” xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Salif Sisse klubun yutub kanalına açıqlamasında transferini dəyərləndirərkən deyib.

Gəncə təmsilçisinə “Litva”nın “Heqelmann” klubundan keçən fransalı hücumçu iddialı fikirlər səsləndirib. 31 yaşlı forvard komandaya əlindən gəldiyi qədər kömək etməyə çalışacağını söyləyib: “Düşünürəm ki, burada olmağım “Kəpəz”ə çox şey qatacaq. Abdullahi Şuaybu və digər yoldaşlarla birlikdə yaxşı oyun sərgiləyib, yüksək mövqelərdə yer almaq istəyirik. Burada “Kəpəz”ə azarkeşlik edən xeyli futbolsevər var. Transfer olunmamışdan əvvəl çox sayda fanat mənə sosial şəbəkə vasitəsilə yazır, şəhər, klub və azarkeşlər haqda məlumat verirdi. Gəncə futbol diyarıdır, bu da mənə pozitiv enerji verir”.

Salif Sisse Türkiyədə baş tutan qış təlim-məşq toplanışına da münasibət bildirib. O, əla hazırlıq keçdiklərini vurğulayıb: “Kollektivə bir az gec qoşuldum. Burada mənə qarşı hamının münasibəti çox yaxşıdır. Gəldiyim gündən etibarən baş məşqçi və komanda yoldaşlarım daha tez uyğunlaşmağım üçün mənə çox kömək etdilər. Düşünürəm ki, “Kəpəz” əvvəlkindən daha yaxşıdır. Təlim-məşq toplanışındakı qarşılaşmalar da uğurlu alındı. Yaxşı oyunlar göstərdik və qol buraxmadıq. Bu, komanda üçün çox vacib amildir. Məncə, mövsümün ikinci yarısında yaxşı işlər görüb, nəyisə dəyişməyə nail olacağıq”.

Mali əsilli futbolçu Premyer Liqanın XIX turunda “Qəbələ” ilə yanvarın 24-də keçiriləcək matçda qələbə qazanmağı hədəflədiklərini bildirib: “Qəbələ” ilə oyunda uğurlu nəticə əldə etmək istəyirik. “Kəpəz”in heyətində keçirəcəyim ilk rəsmi matçda 3 xal qazanmaq niyyətindəyəm. Debütümün uğurlu alınmasına çalışacağam”.

Qeyd edək ki, “Kəpəz” hazırda 12 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Milli üzvü: “Emin və Ramilin niyə Azərbaycan çempionatını seçdiyini bilmirəm”

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Futbol
Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Ançelotti Çempionlar Liqasında baş məşqçi kimi 100-cü qələbəsini qazanıb

Futbol
"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

"Qəbələ"nin kapitanı: "Qəsdən ayağıma vurdu, cavabını verdim"

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb