“Çelsi”nin Bakıya səfər proqramı müəyyənləşib
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq İngiltərənin “Çelsi” klubunun Bakıya səfər proqramı müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, London klubu Bakıya matçdan 1 gün öncə - noyabrın 4-də gələcək.
“Zadəganlar”ın Bakıda oyunöncəsi mətbuat konfransı və açıq məşqi nəzərdə tutulmayıb.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/chelsinin-bakiya-sefer-proqrami-mueyyenleshib.webp