Qarnaço: “Qarabağ”la oyunda qələbəyə layiq idik”
“Düşünürəm ki, bu oyunda qələbəyə layiq idik”.
QELEBE.AZ xəbər verir ki, bu sözləri “Çelsi”nin argentinalı vingeri Aleksandro Qarnaço deyib.
O, komandasının daha üstün oynadığını qeyd edib: “Çox sayda qol vəziyyəti yaratdıq. Biz “Çelsi”yik və hər oyunu qazanmağa çalışmalıyıq. Burada xal itirmək bizim üçün xoş olmayan haldır".
Qarnaço məşqçi heyətinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdığını vurğulayıb: “Həmişə komandanın tapşırıqlarını yerinə yetirməyə səy göstərirəm. Öz oyunumla kömək edib qol vurmağa çalışıram. Amma bu kifayət deyil - qələbə qazanmalı idik. Belə uzun səfərlər asan deyil, amma vəziyyət belədir, bunu etməliyik. Bu, bəhanə ola bilməz”.
Argentinalı futbolçu azarkeşlərin dəstəyinə görə minnətdarlığını da ifadə edib: “Harada olur-olsun, azarkeşlərin yanımızda olması hər zaman çox önəmlidir. Onlar gəlib bizi dəstəklədilər və buna görə onlara minnətdarıq”.

https://mail.qalaba.az//uploads/photo/qarnacho-qarabagla-oyunda-qelebeye-layiq-idik.webp