Mbappe qollarının sayını 400-ə çatdırıb
Fransa millisi DÇ-2026-nın seçmə mərhələsinin V turunda Ukraynanı darmadağın edib – 4:0.
Apasport.az xəbər verir ki, fransalı hücumçu Kilian Mbappe görüşdə dubl edib.
Ukrayna ilə matçda fərqlənən forvard karyerasındakı qollarının sayını 400-ə çatdırıb. O, bu qolların 55-ni yığmada, qalanını oynadığı klublarda vurub.

https://mail.qalaba.az//uploads/photo/mbappe-qollarinin-sayini-400-e-chatdirib.webp