“Aston Villa” klub rekordu təkrarlayıb - 111 il sonra
“Aston Villa” bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanaraq klub rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, Unay Emerinin komandası Premyer Liqanın XVIII turu çərçivəsində “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, “Aston Villa” ardıcıl 11 qələbə qazanmaqla klub rekordunu yenidən təkrarlayıb.
Birmingem təmsilçisi sonuncu dəfə bu cür qələbə seriyasını 1914-cü ildə nümayiş etdirmişdi. Həmçinin 1897-ci ildə də komanda ardıcıl 11 qələbə qazanmışdı.

https://mail.qalaba.az//uploads/photo/aston-villa-klub-rekordu-tekrarlayib-111-il-sonra.webp