“Fənər”in futbolçusu sıradan çıxıb
“Fənərbaxça”nın heyətində ciddi itki yaşanıb
Apasport.az xəbər verir ki, sarı-lacivərdlilərin yeni transferi Entoni Musaba zədələnib.
25 yaşlı vinger Türkiyə Kubokunun II turu çərçivəsində “Beyoğlu” ilə keçirilən oyunda (1:0) zədə alaraq meydanı tərk edib.
Niderlandlı futbolçunun zədəsinin dərəcəsi tibbi müayinədən sonra dəqiqləşəcək.
Qeyd edək ki, "Fənərbaxça" Musabanı yanvar ayının əvvəlində “Samsunspor”dan 5 milyon avro qarşılığında transfer edib.

https://mail.qalaba.az//uploads/photo/fenerin-futbolchusu-siradan-chixib.webp