“Sabah” “Şamaxı”nı darmadağın edib
Bu gün Əvəzedicilər Liqasında 20-ci turun oyunlarına start verilib.
QELEBE.AZ xəbər verir ki, “Sabah-2” “Şamaxı-2” ilə qarşılaşıb.
Masazır təmsilçisi rəqibinə 6:2 qalib gəlib. Turun digər görüşləri sabah keçiriləcək. “Sabah-2” 44 xalla liderdir. “Neftçi-2” 19 oyuna 40 xal toplayıb və 2-ci pillədə qərarlaşıb.
“Sabah-2” – “Şamaxı-2” 6:2
Qollar: Nihat Cabbarov 3, 67, Şahin İbrahimov 54, 90, Həmzəalı Mikayılov 59, Səbuhi Qurbanov 61, Davud Mənsumov 31, Həbib İsmayılov 67

https://mail.qalaba.az//uploads/photo/sabah-shamaxini-darmadagin-edib.webp