Güləşçilərimizdən “Zəfər Kuboku”nun ilk günündə 4 medal
Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.
QELEBE.AZ xəbər verir ki, U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə 4 güləşçimiz fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.
Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.

https://mail.qalaba.az//uploads/photo/guleshchilerimizden-zefer-kubokunun-ilk-gununde-4-medal.webp