Premyer Liqa: "Neftçi" "Səbail"i darmadağın edib

Premyer Liqa: "Neftçi" "Səbail"i darmadağın edib

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Səbail"i darmadağın edib - 3:0.

Hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. 48-ci dəqiqədə kapitan Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Son nöqtəni isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya qoyub.

Bu qələbə ilə xallarını 48-ə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini möhkəmlədib. 16 xalı olan "Səbail" isə sonuncu sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" Gəncədə "Şamaxı"nı 3:2, "Qəbələ" isə evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

16:27

Azərbaycan Premyer Liqasının XXIII turunda üz-üzə gələcək "Neftçi" və "Səbail"in start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç
Baş məşqçi: Şahin Diniyev

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma saat 17:30-da başlayacaq.

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
Ronaldu AVRO-2024-də oynamaq istəyir

Ronaldu AVRO-2024-də oynamaq istəyir

Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub

Dünya çempionu peşəkar futbolçu karyerasını başa vurub