KL: "Trabzonspor" Şotlandiya klubuna qarşı - YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turuna start veriləcək.
QELEBE.AZ xəbər verir ki, Türkiyə təmsilçisi "Trabzonspor" öz meydanında "Harts"ı sınağa çəkəcək.
Görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Qeyd edək ki, "Trabzonspor" 3 xalla turnir cəvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan Şotlandiya klubu isə 19-cu sıradadır.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
II tur
20:45. "Trabzonspor" (Türkiyə) – "Harts" (Şotlandiya)

https://mail.qalaba.az//uploads/photo/kl-quottrabzonsporquot-shotlandiya-klubuna-qarshi-yenilenir.webp