“Qalatasaray”ın qapıçısı Fransa klubunun hədəfində
“Qalatasaray”ın qapıçısı Jankat Yılmaz karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Lill” 22 yaşlı qolkiperin xidmətində maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddialara görə, Liqa 1 klubu türkiyəli qapıçı ilə danışıqlara başlayıb.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Yılmaz bu mövsüm bir oyunda meydana çıxıb və qapısından iki top buraxıb. O, Türkiyənin U-21 yığmasının da üzvüdür.

https://mail.qalaba.az//uploads/photo/qalatasarayin-qapichisi-fransa-klubunun-hedefinde.webp