MOK-da Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

MOK-da Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibatı binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilib.

MOK-dan "Report"a verilən məlumata görə, tədbirdə 1995-ci ildə Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin dünya, Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşündə ulu öndərin tarixi çıxışını izləyən idmançılar, məşqçilər və idman xadimləri bir araya gəliblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssislərinin, media nümayəndələrinin iştirak etdiyi yığıncaqda Heydər Əliyevin Azərbaycan idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub.

Ümummilli lider Heydər Əliyevlə olan görüşlərlə bağlı maraqlı anlardan danışılıb. İlk olaraq, 1995-ci il martın 5-də Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş olimpiya çempionu Nazim Hüseynov o tarixi günə dair xatirələrini bölüşüb. Həmin tarixdə bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu şərəfli tarixi gündən əsasını götürən və ölkədə indi də böyük uğurla davam etdirilən idmanın, olimpiya hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur, fərəh hissindən danışıb: “Ulu Öndər Heydər Əliyev Azərbaycan idmanına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ancaq, onun Azərbaycan idmanına göstərdiyi diqqət və qayğısı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə MOK-un rəhbərliyini təklif etməsi olub”.

Vaxtilə Azərbaycanın idman şərəfini qoruyan, ölkənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların xatirələri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Avstraliyada yaşayan atıcılıq üzrə dünya çempionatının 3 qat gümüş mükafatçısı Valeriy Timoxinin, Rusiya Federasiyasında yaşayan voleybol üzrə 2 qat olimpiya çempionu, 3 qat Avropa çempionu, İnna Rıskalın, ABŞ-da məşqçilik fəaliyyətini davam etdirən qılıncoynatma idman növü üzrə dünya çempionu, 5 qat SSRİ çempionu Samir İbrahimovun Heydər Əlievlə bağlı xatirələrindən bəhs edən videomüsahibələri alqışlarla qarşılanıb.

Xatirələrini bölüşən MOK-un vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftahətdinova, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un İcraiyyə Komitəsinin üzvü Faiq Qarayev, əməkdar məşqçi Asif Əsgərov, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, SSRİ-nin əməkdar məçqçisi Ağayar Axundzadə, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, 3 qat dünya çempionu Məhyəddin Allahverdiyev, beynəlxalq dərəcəli qrossmeyster Aynur Sofiyeva, əməkdar məşqçi İsmayıl İsmayılov, İslam Oyunlarının qalibi Fəridə Əzizova da Ümumilli lider Heydər Əliyevin Azərbaycan idmanına və idmançılara göstərdiyi diqqət və qayğı ilə bağlı fikirlərini bildiriblər. Onlar qeyd ediblər ki, ölkədə idman və olimpiya hərəkatı dövlətin, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.

Gənc idmançıların Azərbaycanın şanlı idman salnaməsini yazan veteran idmançıları alqışlarla qarşılaması isə tədbirə xüsusi rəng qatıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü tədbirində 2022-ci ilin yekunları ilə bağlı 5 naminasiya üzrə "Ədalət prinsiplərinə sadiq” olanların mükafatlandırma mərasimi də keçirilib.

Könül Mahmudova Ədalətli Oyunlar prinsiplərinə sadiq təbliğatçısı, Taleh Ziyadov Ədalətli Oyunlar prinsiplərinə sadiq idman xadimi, Asif Məlikov Ədalətli Oyunlar prinsiplərinə sadiq idman hakimi, Qurban Qurbanov Ədalətli Oyunlar prinsiplərinə sadiq məşqçi, Eldəniz Əzizli isə Ədalətli Oyunlar prinsiplərinə sadiq idmançı nominasiyaları üzrə mükafata layiq görülüblər.

Bundan başqa, stolüstu tennis üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim Aleksandr Zudova Azərbaycan və Rusiya dövlətləri arasında Olimpiya hərəkatına, beynəlxalq əməkdaşlıq sahəsindəki töhfəyə görə Rusiya Olimpiya Komitəsi tərəfindən təltif olunduğu xüsusi diplom təqdim olunub. Çimərlik güləşi üzrə yığma komandanın baş məşqçisi Oyan Nəzərianiyə isə 2019-cu ildə Dohada keçirilən çimərlik güləşi oyunlarının bürünc medalı təqdim edilib. Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı yeni, fərqli formatda keçirilən tədbir MOK və İdman Azərbaycan Televiziyası ilə birgə təşkil olunub.

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi nailiyyət: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb