“Şəfa”dan səfər qələbəsi - YENİLƏNİB

“Şəfa”dan səfər qələbəsi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XIII turun oyunlarına start verilib.

QELEBE.AZ xəbər verir ki, günün ilk qarşılaşmasında “İmişli” “Şəfa”nı qəbul edib.

Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayıb.

Görüş məhsuldar alınıb. Matçda 4 qol vurulub. Qonaqlar 3:1 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə Sumqayıtda keçirilən qarşılaşma “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası

II dövrə, XIII tur

27 noyabr

14:30. “İmişli” – “Şəfa” 1:3
Qollar: R. Souza, 41 - E. Cəfərov, 14, 30, M. Quye, 55

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Yevlax şəhər stadionu