Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turnirinin püşkü atılıb

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turnirinin püşkü atılıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol turnirinin püşkü atılıb.

"QELEBE.AZ"un məlumatına görə, püşkatma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev və AMF-in, eyni zamanda "Zirə" futbol klubunun prezidenti Taleh Nəsirov, minifutbol üzrə milli komandanın üzvləri və veteran futbolçular iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionluğu möhtəşəm nəticə idi və hər zaman xoş xatirələrlə xatırlanır. Nazir federasiyanın rəhbərliyinə beynəlxalq yarış təşkil etdiyi üçün təşəkkürünü bildirib. O qeyd edib ki, bu kimi turnirlər ölkədə minifutbolun inkişafına dəstək olacaq. Fərid Qayıbov idmançılarımın bu turnirdə uğurla çıxış edəcəyinə inandığını vurğulayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmana və idmançılara verdiyi dəstəklə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynzadə isə qeyd edib ki, Dünya və Avropa Minifutbol Federasiyaları bu yarışı rəsmi olaraq tanıyıb. Onun sözlərinə görə, turnirin açılışında Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judanı da iştirakı gözlənilir.

Orxan Hüseynzadə həmçinin deyib ki, turnirdə iştirak edəcək 10 komandadan 7-si qarşıdakı dünya çempionatının iştirakçılarıdır.

Baş katib yarışın reqlamenti ilə bağlı da məlumat verib və qeyd edib ki, komandalar iki qrupda yarışacaqlar. Daha sonra A qrupunda qalib gələn komanda B qrupunun ikincisi, B qrupunun qalibi isə A qrupunun ikincisi ilə yarımfinalda qarşılaşacaq.

Beynəlxalq turnirdə iştirak edəcək komandaların tanıtımı və hər ölkədən bir oyunçunun Azərbaycana yolladığı salamlama videoları yayımlandıqdan sonra yarışın püşkü atılıb.

İlk olaraq komandalar reytinq sıralamasına görə iki səbətə bölünüblər.

Püşkatmadan sonra A və B qrupunda yarışacaq komandalar bəlli olub.

A qrupu
Azərbaycan
Çexiya
Serbiya
Gürcüstan
İtaliya

B qrupu
Ukrayna
Qazaxıstan
Fransa
Türkiyə
Cənubi Afrika

Qeyd edək ki, Beynəlxalq Turnir 1-6 may tarixlərində keçiriləcək.

Futbol
İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

İsnik Alimi: “Qol yollarında daha yaxşı olmalıyıq”

Futbol
Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
Riberi karyerasını bitirib

Riberi karyerasını bitirib

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Qurban Qurbanov: "Bəzən daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlisən"

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
FIFA Türkiyə klubuna transfer qadağası qoyub

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb

“Qarabağ”ın Yunanıstana səfər proqramı açıqlanıb