Murad Musayev: "Bu hakimlə xal qazanmaq şansımız yox idi"

Murad Musayev: "Bu hakimlə xal qazanmaq şansımız yox idi"

"Bu hakimlə xal qazanmaq şansımız yox idi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, referi İnqilab Məmmədov ilk 15 dəqiqədə müdafiə xəttindəki iki oyunçuya və ya dayaq yarımmüdafiəsinə sarı vərəqə göstərmək istəyirsə, deməli, niyyəti başqadır: "Oyunu fərqli idarə etmək istəyir, özünü hamıdan ağıllı sayır. Matçdan sonra, sadəcə, təşəkkür etmək üçün ona yaxınlaşdım, ikinci sarı vərəqəni göstərdi. Bu, həmin hakimdir ki, "Qarabağ"la oyunöncəsi Con İrasabalı qırmızı vərəqə ilə cəzalandırdı. Halbuki qaydanı Qoba Zakpa pozmuşdu".

Musayev meydanda gərgin mübarizə getdiyini söyləyib: "Ənənəvi olmayaraq, ikili mübarizələri uduzduq. Azlıqda qaldıqdan sonra xarakter göstərib hesabı bərabərləşdirdik. Hətta yaxşı qol fürsətimiz də oldu ki, dəyərləndirə bilmədik. Matçın sonların konsentrasiyanı itirdik, rəqib də bundan yararlandı. Bizim üçün çox önəmli olan xallar itirdik".

Onun sözlərinə görə, buraxılan qollar bütün komandanın səhvidir: "Hazırda məsələyə individual şəkildə yanaşmamalıyıq. Matçı təhlil etdikdən sonra fikir bildirmək olar".

Futbol
Qaret Beyl karyerasını bitirdiyini elan edib

Qaret Beyl karyerasını bitirdiyini elan edib

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Futbol
Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Kərim Benzema Lionel Messinin rekordunu təkrarlayıb

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
Klublar Komitəsinin növbəti iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib

Futbol
Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"

Kadi Borges: "İstənilən oyuna bu istəklə çıxırıq"