FHN komandası karate üzrə turnirdə uğur qazanıb - FOTO

FHN komandası karate üzrə turnirdə uğur qazanıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Karate Federasiyaları Assosiyasiyasının, Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Grand Winner” karate üzrə turnir keçirilib.

APA FHN-in saytına istinadən xəbər verir ki, turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından, idman cəmiyyətləri və klublardan 56 komanda olmaqla 1250-yə yaxın idmançı mübarizə aparıb. Yarışda 98 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun karate komandasının idmançıları məşqçi müəllimlər Coşqun Sadıqov, Akif Kərimov və Rafael Məmmədovun rəhbərliyi altında yüksək nailiyyətlərə imza atıblar.

Belə ki, qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq, yeniyetmə və gənclərdən ibarət idmançıları 20 qızıl, 19 gümüş və 17 bürünc medal qazanmaqla yüksək nəticə əldə ediblər. Qaliblərə Azərbaycan Milli Karate Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla məşq zamanı görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Döyüş növləri
Bakıda Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb

Bakıda Dünya Kubokunda iştirak edəcək komandaların heyəti açıqlanıb

Döyüş növləri
FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Döyüş növləri
Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olunub

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq

Dünya çempionatında Azərbaycanın 5 qadın güləşçisi mübarizə aparacaq