Konfrans Liqasında növbəti yarımfinalçı bəlli olub
UEFA Konfrans Liqasında ikinci yarımfinalçı bəlli olub.
"Report"un məlumatına görə, Niderlandın "AZ Alkmaar" klubu növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalın cavab oyununda evdə Belçika "Anderlext"ini qəbul edən komanda əsas vaxtda 2 cavabsız qol vuraraq, ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflərdən heç bir fərqlənə bilmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (4:1) oynayan meydan sahibləri yarımfinala yüksəliblər.
Qeyd edək ki, daha əvvəl İtaliya "Fiorentina"sı növbəti raunda adlayıb.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2
UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.
"Report"un məlumatına görə, 1/4 finalın cavab oyununda "Fiorentina" İtaliyada Polşa "Lex"inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.
Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi - 4:1.
Bu qarşılaşma ilə eyni saatda başlayan "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) görüşündə isə əlavə vaxt oynanılacaq. Buna səbəb ümumi hesabın bərabər olmasıdır.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar: Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun - 4:1
20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/konfrans-liqasinda-novbeti-yarimfinalchi-belli-olub.webp











