Ayxan Abbasov: "Yarımfinalda "Neftçi" ilə qarşılaşmağın özü də inkişafdır"

Ayxan Abbasov: "Yarımfinalda "Neftçi" ilə qarşılaşmağın özü də inkişafdır"

"Evdəki qələbənin rəqibi daha aqressiv edəcəyini bilirdik. Yarımfinalda bu komanda ilə qarşılaşmağın özü də inkişafdır".

“QELEBE.AZ”un məlumatına görə, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Tovuzdakı ilk matçda 1:0 hesablı qələbə qazanan bölgə təmsilçisi “Bakcell Arena”dakı qarşılaşmanın son dəqiqələrində iki top buraxaraq, mübarizəni dayandırıb.

42 yaşlı mütəxəssis oyunun ardından məyus olduqlarını söyləyib: “Bu gün rəqibin təzyiqini hiss etdik. Oyunun sonlarında yorğunluq sözünü deyirdi. “Neftçi” cərimə zərbəsindən qol vuraraq, psixoloji üstünlük əldə etdi. Bu gün qismət olmadı. Futbolçularıma, azarkeşlərə təşəkkür edirəm. Azərbaycan futbolunda belə ab-hava üçün darıxmışdıq. Güclənmək, inkişaf üçün vaxt lazımdır. Üzgün olsaq da, qarşıda çempionat oyunu gözləyir. Kuboka kökləndiyimiz üçün stabilliyi itirmişdik. Premyer Liqada qalıb, gələn il daha yaxşı olmaq istəyirik”.

O, müdafiə futbolu sərgiləmələrini evdəki üstünlüyü qorumaq istəyi ilə əlaqələndirib: “Bunu “Neftçi” məcbur etdi. Qapının toxunulmaz saxlanılması üçün bu kimi hallar normaldır. Hücum oyunçuları da istər-istəməz müdafiəyə kömək etmək istəyirdilər. “Neftçi” ilə “Turan Tovuz”u müqayisə edirsinizsə, mənim üçün çətindir. Çempionatdakı 0:4 hesabında açıq futbol oynamışdıq. Rəqibin də üstünlüyünü gördük. Meydançanın hər yerində kompakt olmağa çalışdıq. Bu, rəqibdən və bizim heyətdəki oyunçulardan asılıdır. “Neftçi” ilə “Turan Tovuz”u müqayisə etmək üçün tələsirik”.

Abbasov bu heyətin maksimum gücünün indiki olmadığını söyləyib: “Hər bir komandanın enişi-yüksəlişi olur. Bu mövsüm məqsədimiz elitada qalmaqdır. Heyətin güclənməsi üzərində də işləyəcəyik. Gələn mövsüm daha iddialı olacağıq demək çətindir. Amma bundan yaxşı olmağa çalışacağıq”.

Baş məşqçi son turlarda onları çətin oyunların gözlədiyini əlavə edib: “Biz də təqvimə baxırıq, hesablayırıq. Hər şey ola bilər. 1-2 tur sonra da məsələni həll edə bilərik. Çempionat mübarizəli gedir. Kubok bitdi, indi gücü çempionata qoyacağıq. Hər şeyə hazır olmalıyıq”.

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
DÇ-2022: Niderland Seneqala qalib gəlib  - YENİLƏNİB-2

DÇ-2022: Niderland Seneqala qalib gəlib - YENİLƏNİB-2

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

"Qarabağ"ın təxirə salınmış oyununun vaxtı açıqlanıb

Futbol
“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasındakı rekordunu yeniləyib

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

"Mançester Siti" Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb

Futbol
İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

İntizam Komitəsinin sədri: "Heç bir kluba qarşı qərəzli qərar çıxarmaq marağında deyilik"

Futbol
“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

“Qarabağ” dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Futbol
Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Futbol
AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Roma"nın oyununa təyinat alıb