Azərbaycan taekvondoçusu dünya çempionatına qələbə ilə başlayıb
Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
QELEBE.AZ saytının məlumatına görə, kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayacaq.
Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkəcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-taekvondochusu-dunya-chempionatina-qelebe-ile-bashlayib.webp











