Konfrans Liqası: Final oyununda hesab açılıb

Konfrans Liqası: Final oyununda hesab açılıb

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Səid Benrahma London təmsilçisini önə keçirib.

00:08

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb.

23:51

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

23:00

İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında UEFA Konfrans Liqasının final oyunu başlayıb.

"Report"un məlumatına görə, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edir.

21:44

Bu gün Konfrans Liqasının final oyununda üz-üzə gələcək İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klublarının start heyətləri açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Fiorentina": 1. Pyetro Terraççano, 2. Dodo, 3. Kristiano Biragi, 4. Nikola Milenkoviç, 5. Cakomo Bonaventura, 7. Luka Yoviç, 16. Luka Ranyeri, 22. Nikolas Qonsales, 34. Sofyan Amrabat, 38. Rolando Mandraqora, 99. Kristian Kouame
Baş məşqçi: Vinçentso İtaliano

"Vest Hem": 13. Alfons Areola, 4. Kurt Zuma, 5. Vladimir Tsoufal, 9. Maykl Antonio, 11. Lukas Paketa, 20. Carrod Bouen, 22. Səid Benrahma, 27. Nayef Aquerd, 28. Tomaş Souçek, 33. Emerson, 41. Deklan Rays
Baş məşqçi: Devid Moyes

Qeyd edək ki, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: “Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb