Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başlayıb

Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başlayıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "QELEBE.AZ"a verilən məlumata görə, artıq Sumqayıt idmançıları üçün ilk məşqlər keçirilib.

ACF-in dəstəyi ilə qurulan cüdo mərkəzinin ümumi sahəsi 1900 m2 təşkil edir. Mərkəzdə üç “dojo” (cüdo məşq zalı) mövcuddur və onların sahəsi müvafiq olaraq 540 m2, 210 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartalrına uyğun tatamilərlə təchiz olunub.

Ümumi sahəsi 100 m2 təşkil edən fiziki hazırlıq zalı zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində gözləmə zalı, hər zala görə paltardəyişmə otaqları, həkim otağı, masaj otağı, sauna mövcuddur. Həmçinin məşqçilərin və digər inzibati işçilərin fəaliyyəti üçün iclas otağı və ofis otaqları təmin olunub.

Sumqayıt cüdo təlim mərkəzinin baş məşqçisi İlham Məmmədov bildirib ki, Sumqayıtda uşaqlar, yeniyetmələr və gənclər arasında cüdoya maraq böyükdür: “İlk növbədə Sumqayıt cüdo ictimaiyyəti adından möhtərəm Prezidentimizə yaradılan yüksək şəraitə görə dərin minnətdarlığımızı bildiririk. Cüdo idmançıların yüksək fiziki hazırlığa malik olmaqları ilə yanaşı, həmçinin onların intellektual və mənəvi inkişafına da mühüm töhfə verir. Biz də məşqçilər olaraq, ölkə və beynəlxalq səviyyədə regionumuzu təmsil edə biləcək istedadlı cüdoçular və ən əsası layiqli vətəndaşlar yetişdirmək üçün əlimizdən gələni edəcəyik.”

Qeyd edək ki, təlim mərkəzində 1500-ə qədər yeniyetmə və gəncin daimi məşq etməsi üçün şərait mövcuddur və onlar müəssisədə işləyən 10-dan yuxarı peşəkar cüdo məşqçilərinin təcrübəsindən faydalancaqlar.

Fərdi
Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Bakıda çövkən üzrə Prezident Kuboku keçiriləcək

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Azərbaycan yığmasının boksçuları ölkə çempionatına qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Fərdi
Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Eltac Qafarov uduzub, daha bir Azərbaycan taekvondoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub