Vüsal İsayev: “Fiziki hazırlıq sayəsində yarımfinala adladıq”

Vüsal İsayev: “Fiziki hazırlıq sayəsində yarımfinala adladıq”

“Fiziki hazırlıq sayəsində yarımfinala adladıq”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan minifutbol millisinin üzvü Vüsal İsayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/4 finalında Bolqarıstana qarşı keçirilən oyunla bağlı danışarkən deyib.

25 yaşlı futbolçu 3:1 hesablı qalibiyyəti komandanın fiziki gücü ilə əlaqələndirib: “Oyunlar getdikcə çətinləşir. Bolqarlarla görüşdə hiss etdik ki, kim az səhvə yol versə, o da qələbə qazanacaq. Rəqib birinci hissədə yaxşı qapanmışdı. Komandamızın isə fiziki hazırlığı yüksək səviyyədədir. Çünki dünya çempionatından əvvəl Antalyada təlim-məşq toplanışı keçmişik”.

V.İsayev yarımfinaldakı rəqib Qazaxıstanı da məğlub etmək iqtidarında olduqlarını söyləyib: “Avropa çempionatının yarımfinalında da Qazaxıstanla qarşılaşmışdıq. Finala bir şey qalmayıb. Xalqımızı sevindirmək, qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Komandada zədəli futbolçunun olmaması bizim üçün üstünlükdür. Səhv etmirəmsə, Qazaxıstanın iki futbolçusu cəzalı durumdadır”.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Azərbaycan Premyer Liqası: İkinci dövrə heç-heçə ilə başlayıb

Futbol
Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Fərid Qayıbov: "Qarabağ" və milli komanda bizi sevindirdi"

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib