Elbrus Rzayev: “Boksçularımız ümidləri doğrultdular”

Elbrus Rzayev: “Boksçularımız ümidləri doğrultdular”

“ Avropa çempionatına komanda olaraq çox ciddi hazırlaşmışdıq. Boksçularımız ümidləri doğrultdular”.

“QELEBE.AZ” xəbər verir ki, bu sözləri gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev 22 yaşadək boksçular arasında Avropa çempionatında qazanılan uğurlar barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Nicat Hüseynovun final döyüşü çox gərgin keçib:

“Amma biz onun qələbə qazanacağına əmin idik. Çünki, boksçularımız da çox əziyyət çəkmişdilər, hər birinin çıxışından razı qaldım. Tural Sarıyevin rusiyalı boksçu ilə görüşündə də bəzi haqsızlıqlar yaşandı. Əks təqdirdə, o da qızıl medalın sahibi olacaqdı. Ümid edirəm ki, gələcəkdə nailiyyətlərimizin sayı daha da artar".

Qeyd edək ki, Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekord vuran Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

Yığma komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. Komandanın heyətində Nicat Hüseynov (51 kiloqram) qızıl, Əzrək Bəbirov (57 kiloqram) gümüş, Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) bürünc medal qazanıblar.

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Azərbaycan avarçəkənləri Gürcüstanda 4 medal qazanıb

Fərdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq