“Qarabağ”la oyun norveçli baş məşqçi üçün sonuncu ola bilər

“Qarabağ”la UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu İsveçin “Hakken” klubunun baş məşqçisi Per Matias Höqmo üçün sonuncu ola bilər.

“Report”un yerli mətbuatına istinadən məlumatına görə, 63 yaşlı norveçli mütəxəssisin 2024-cü ilə yeni komandada başlaması gözlənilir.

Ölkə çempionatında mövsüm başa çatdığından, “Qarabağ”la matçdan sonra komanda istirahətə buraxılacaq. “Hakken”in qrupdakı nəticələrindən asılı olmayaraq, Höqmonun komandada qalmaq ehtimalı azdır. Çünki o, İsveç millisinin baş məşqçisi postuna ən real namizəddir. Mütəxəssis həmçinin Avropa və Yaponiyadan da təkliflər alıb.

Onun “Hakken”lə müqaviləsinin müddəti 2024-cü ilin sonuna qədərdir. Lakin Höqmo iş yerini dəyişməkdə maraqlıdır.

Qeyd edək ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Bakıda keçiriləcək. Hazırda Azərbaycan təmsilçisi 6 xalla H qrupunda ikinci pillədə qərarlaşıb. İsveç komandasının hesabında isə xal yoxdur.

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

AVRO-2024: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olur

"Neftçi"də oynamış məşhur futbolçu əməliyyat olunub

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

Ayxan Abbasov: "Kəpəz"dəki dəyişiklikdən sonra sürprizlə qarşılaşa bilərdik"

"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"