Azərbaycan futzal millisinin açıq məşqi olacaq
DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.
Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.
Məşqdən əvvəl, saat 09:45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan - Rumıniya görüşü saat 20:00-da start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-futzal-millisinin-achiq-meshqi-olacaq.webp











