"Qarabağ" - "Olimpiakos" oyununa cəmi 2 min bilet qalıb
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2 000 bilet qalıb.
Ağdam klubundan "Report"a verilən məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/qarabag-olimpiakos-oyununa-cemi-2-min-bilet-qalib.webp











