Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də tanınmış idmançını məğlub edib

Azərbaycanlı MMA döyüşçüsü ABŞ-də tanınmış idmançını məğlub edib

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.

"QELEBE.AZ"un ABŞ bürosu xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib.

Həmyerlimiz “QELEBE.AZ”a açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi laqincə təmsil etmişəm.

İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm".

M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir.

Fərdi
Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Azərbaycan güləş millisinin baş məşqçisi: "Dünyada nadir komandalardanıq"

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Fərdi
Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Yaşar Bəşirov Asiya çempionatının fəxri qonağı olub

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə 1 gündə 4 hindistanlı şahmatçı ilə oynayıb

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxıb

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub