Azərbaycan millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib

Toplanışın məqsədi seleksiya xarakterli idi.

Bunu “Report”a açıqlamasında 18 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Füzuli Məmmədov keçirdikləri təlim-məşq toplanışı barədə danışarkən deyib.

Mütəxəssis aprelin 28-dən mayın 3-nə qədər olan toplanışın seleksiya xarakteri daşıdığını söyləyib: “Bir yoldaşlıq matçı da nəzərdə tutulmuşdu. Toplanış ərzində bir və ya iki dəfə məşq keçdiyimiz günlər oldu. Bütün məşqlər futbolçuların keyfiyyətlərini daha yaxından öyrənməyimizə hesablanmışdı. Bundan sonra daha iki təlim-məşq toplanışı nəzərdə tutulub”.

F.Məmmədov əsasən keyfiyyəti barədə az məlumatlı olduqları futbolçularla bağlı bilgi əldə etmək istədiklərini nəzərə çatdırıb: “Bu il yarışımız olmadığı üçün çalışırıq ki, keyfiyyətləri barədə az məlumatlı olduğumuz futbolçularla bağlı bilgi alaq. Yarış ili olanda geniş miqyasda seleksiya xarakterli toplanışlar keçirə bilmirik. Nəticədə daha az, xüsusi ilə də tanıdığımız futbolçuları milliyə dəvət edirik”.

“Toplanış planlaşdırdığımız kimi getdi. Futbolçular çox əzmkar idilər, əllərindən gələni etdilər. Özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar ki, bu da bizi sevindirir. Bəzi futbolçular növbəti toplanışlara yenə çağırılacaqlar. Bəzilərini elə klublarında izləyəcəyik. Məşqlərinə, bütün oyunlarına baxırıq. Milli komandaya hər zaman ən yaxşı futbolçuları dəvət etməyə çalışmışıq. Bu gün də yaxşı futbolçular üçün millinin qapısı açıqdır. Onlardan istəyimiz odur ki, əzmkar məşq etsinlər, oyunlarda özlərini yaxşı göstərsinlər, yığmaya dəvət almaq üçün əllərindən gələni əsirgəməsinlər. Yanaşma çox önəmlidir”, - deyə o bildirib.

Keçmiş futbolçu toplnışda ciddi çətinlik çəkmədiklərini də deyib: “Toplanışa dəvət etdiyimiz futbolçuların əksəriyyəti Azərbaycan klublarından gəlmişdilər. Növbəti toplanışlara xaricdə oynayan futbolçularımızdan bəzilərini çağırıb yoxlamaq istəyirik. Klublarımızla heç vaxt çətinliklərimiz olmayıb. Hər zaman onlarla əlaqədəyik, münasibətlərimiz normaldır”.

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb

Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Futbol
La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib

Futbol
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Futbol
Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO