Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubu baş məşqçisi ilə vidalaşıb
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" kollektivi baş məşqçisi Luiş Kaştru ilə yollarını ayırıb.
"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis son dövrlərdəki uğursuz nəticələrə görə vəzifəsindən qovulub.
Portuqaliyalı çalışdırıcı 2023-cü ildən Asiya təmsilçisinin uğurları üçün çalışırdı.
Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.

https://mail.qalaba.az//uploads/photo/ronaldunun-chixish-etdiyi-el-nesr-klubu-bash-meshqchisi-ile-vidalashib.webp











